İdman

“Olimpiya”nın prezidenti: “Bu, son 10 ildə Avropada ən çətin matçlarımızdan biri olacaq”

“Qarabağ”ın Avropa yarışlarında böyük təcrübəsi və çoxlu uğuru var”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Çempionlar Liqasının ilkin təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”a rəqib olan Sloveniyanın “Olimpiya” klubunun prezidenti Milan Mandariç deyib.

Klub prezidenti püşkü dəyərləndirib.  

O, “Qarabağ”ın ciddi rəqib olduğunu söyləyib: “Bu, son 10 ildə Avropada ən çətin matçlarımızdan biri olacaq. Bu, bizim üçün hansı yerdə olmağımız, keyfiyyət və pespektivi göstərmək baxımından sınaq olacaq”.

Qeyd edək ki, tərəflər arasındakı ilk görüş iyulun 11-də Sloveniyada, cavab görüşü isə bir həftə sonra Bakıda reallaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43