Ölkə futbolu

“Onun “Marsel” ilə oyundakı jesti yaddaşlardan silinməyəcək” – “Qarabağ”ın prezidenti

Bu gün “Qarabağ”ın prezidenti Tahir Gözəl klubun bazasını ziyarət edib.

İdmanxeber.az xəbər verir ki, Gözəl, ”köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovla görüşüb, onu 50 illik yubileyi münasibəti ilə təbrik edib, “Qarabağ”dakı uğurlarına görə təşəkkürünü bildirib və bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb:

“Bu gün böyük qürur və fəxrlə deyirəm ki, “Qarabağ”ımızın baş məşqçisi Qurban Qurbanovdur. Çətin günlərimiz də olub, bərabər böyük uğurlar əldə etmişik, tarixi nəticələr qazanmışıq. Biz o çətin günlərdə də Qurban Qurbanova güvənmişik, indi də güvənirik və bundan sonra da güvənəcəyik. İnanıram ki, Qurban hoca növbəti yubileylərini də məhz “Qarabağ”ın baş məşqçisi kimi keçirəcək. Qurban Qurbanov futbol ictimaiyyətinə nümunə olacaq şəxsiyyətdir. Onun “Marsel” ilə oyundakı jesti yaddaşlardan silinməyəcək, tarixdə qalacaq. Təsadüfi deyil ki, ölkə prezidenti cənab İlham Əliyev Qurban Qurbanovun məhz həmin hərəkətini xatırladaraq, nümunə gətirdi. Qurban hoca ilə qürur duyur və fəxr edirik. Əminəm ki, bundan sonra da “Qarabağ”ımız Qurban Qurbanovla yeni tarixi uğurlar əldə edəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43