Kateqoriyasız

“Oyunun sönük keçməsi ilə mən də razıyam”-Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Rəvan”yə qarşı keçirdikləri oyunu şərh edib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Vacib 3 xal qazandıq. Oyunun sönük keçməsi ilə mən də razıyam. Son 3 ayda futbolçuların normal istirahət üçün zamanı olmayıb. Bütün bunlara baxmayaraq, proqram üzərində işləyirik. Bu gün rəqibimiz də çox qapandı. Yəqin ki, məşqçinin tapşırığı belə idi. Oyun ərzində futbolçulara topla çox davranmağı tapşırmışdıq. Vüqarın qolu sayəsində 3 xal qazandıq və buna görə şadam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43