Kateqoriyasız

Samir Abbasov: “Futbolçulara dedim ki…”

“Sumqayıt” bu meydançaya, hava şəraitinə alışmayıb. Belə bir vəziyyətdə əzmkar, döyüşkən “Xəzər Lənkəran”a qarşı çətin oyun alınacağını dərk edirdik”.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Xəzər Lənkəran”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

“Futbolçulardan xahiş etmişdim ki, rahat və sərbəst oynasınlar. İlk hissədə bu istəyimiz alındı. İkinci hissədə isə belə oynamadıq, problemlər ortaya çıxdı. Həmin problemləri aradan qaldırmağa çalışacağıq” deyə o bildirib.

Mütəxəssis indiki vəziyyətdə isə futbolçuları oyunlarına görə yox, vuruşduqlarına görə təbrik edib:

“Etiraf edirəm ki, ikinci hissə “Xəzər Lənkəran”ın üstünlüyü şəraitində keçdi. Hətta məğlub da ola bilərdik. Bütün bunları müzakirə edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43