Premyer Liqa

Pantiç: “Komandam rəqibi ciddiyə almadı”

Premyer Liqasının 24-cü turunda “Bakı” doğma meydanda “Sumqayıt”la qarşılaşdı. Qarşılıqlı hücumlar şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatdı – 0:0.

Ev sahibi komandanın baş məşqçisi Milinko Pantiçin oyun haqda fikirləri ilə sizi tanış edirik:

“Futbola xas olan bir oyun gördük. Komandam rəqibi ciddiyə almadı. İlk hissəni rəqibə “hədiyyə” verdik və bunu cəzasını çəkdik. Qol vurmaq üçün şanslarımız oldu. Hesabın ədalətli olduğunu düşünürəm”. (PFL)

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43