Dünya futbolu

Paytaxt klubu bombardiri heyətinə qatdı – RƏSMİ

“Tottenham” heyətini hücumçu ilə gücləndirib..

İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, London təmsilçisi “AZ Alkmaar”dan Vinsent Yanssenin transferini reallaşdırıb. 

22 yaşlı forvardla 2020-ci ilə kimi müqavilə imzalanıb. Transferin 20 milyon avroya başa gəldiyi bildirilib. Ötən mövsüm Hollandiya çempionatında 34 oyuna çıxan Yanssen 27 qol vurmuşdu. O, Eredivizyanın ən sərrast futbolçusu olmuşdu.

Qeyd edək ki, gənc hücumçu 2015-ci ilin yayında 2-ci diviziya təmsilçisi “Almere Siti”dən cəmi 500 min avroya “AZ Alkmaar”a gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43