İdman

Rio de Janeyroda Olimpiada müəmması

Braziliya Olimpiya Komitəsi Olimpiya Oyunlarına ev sahibliyi edəcək Rio-de-Janeyro yarışa tam hazır olmadığını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, yarışın startına bir aydan az qalsa da, bir sıra işlər yekunlaşmayıb. İqtisadi böhran şəhərin istənilən şəkildə təşkilatçılıq etməsinə mane olub.

Rionun büdcəsində şəhərdəki Zika virusu və cinayətkarlıqla effektli mübarizə üçün yetərincə vəsait də yoxdur.

Metronun mərkəzi xəttinin də Olimpiadaya qədər hazır olacağı gözlənilmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43