İdman

Pedrodan səmimi etiraf

“Qarabağ”ın futbolçusu Pedro Enrike “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

“Yaxşl oyun idi. Komanda olaraq yaxşı oynadıq. Düşünürəm ki, daha yaxşı nəticəyə layiq idik. Ancaq bəzən bu kifayət etmir, qol vurmaq lazımdı. Alınmadı”

– Dino Ndlovu yoxluğu hiss olundumu?

– Təbii ki, Dino böyük oyunçudu. Ancaq düşünmürəm ki, onun yoxluğu təsir etsin. Mahir də gəncdi, elə oyunlar olub ki, oyunun taleyin həll edib. Hər ikisi yaxşı oyunçudu. Ümumiyyətlə hücumçularımızdan razıyıq.

– Oyun epizodlarının birində “Qəbələ”nin futbolçusu Vojeslav Stankoviç ilə mübahisə yaşandı. Nə baş verdi?

– Oyunda baş verən hadisə idi. Düşünürdüm ki, həmin epizodda penalti var idi. O da etiraz edirdi. Birinci epizoda gəlincə, mənə elə gəlir ki, ona qarşı bir az sərt oynadım. Orada qayda pozuntusu var idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43