Kateqoriyasız

PFL-dən “Xəzər Lənkəran”a cavab gəldi

"Xəzər Lənkəran"ın canlı yayımla bağlı etriazına PFL-in cavabı gecikməyib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aslan Şahgəldiyev idmanxeber.com-a verdiyi açıqlamada maraqlı məqamlara toxunub.

PFL rəsmisini dinləyək:

"Hüseyn bəyin oyunların yayımından klubun büdcəsinə pul gəlməməsi məsələsinə razıyam. Ancaq bu gün reallıq başqa cürdür. Dünənki tədbirdə də  Ramin müəllim bu məsələyə toxundu və növbəti mövsümdən biz də çalışacağıq ki, yayım hüququna görə, klublarımızın büdcəsinə pul daxil olsun. Artıq indidən bu məsəlinin həlli yollarını araşdırırıq, görüşlər keçiririk. Ümid edirəm ki, növbəti mövsümdən bu məsələlər yoluna qoyulacaq. Bildiyiniz kimi İdman Azərbaycan kanalı təkcə Topaz Premyer Liqasının oyunlarını yayımlamır. Ona görə də biz oyunların vaxtını müəyyənləşdirərkən yayımçı kanalla məsləhətləşməliyik".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43