Ölkə futbolu

Prandelli: “Azərbaycan millisi sürətlə inkişaf edir”

"Belçika və İsveçrə ilə eyni qrupa düşməməyimiz yaxşı oldu. Lakin Xorvatiyanın bu iki komandadan zəif olduğunu düşünmürəm. Ümumiyyətlə biz heç də asan qrupa düşməmişik".

Bu sözləri İtaliya millisinin baş məşqçisi Çezare Prandelli UEFA-nın rəsmi saytına açıqlamasında "Avro-2016"nın püşkünü dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis Azərbaycan millisinin sürətlə inkişaf etdiyini sözlərinə əlavə edib:  "Xorvatiya və Bolqarıstan potensialına görə qrup birincisi ola bilərlər. Malta ilə daha öncə də ("DÇ-2014"ün seçmə mərhələsində) qarşılaşmışdıq. Onlarla görüşün asan olmayacağını bilirik. Norveç də yaxşı komandadır. Azərbaycan millisi isə sürətlə inkişaf edir. Düşünürəm ki, çətin qrupa düşmüşük. Qrupdan çıxmaq istəyiriksə, seçmə mərhələyə yaxşı hazırlaşmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43