Ölkə futbolu

Premyer Liqa klubu bu 4 futbolçu ilə yolları ayırır – ÖZƏL

Böyük ehtimal Premyer Liqada qalmağı təmin edən “Sumqayıt” yayda bir sıra legioner futbolçusu ilə yolları ayıracaq.

İdmanxeber.az-a daxil olan məlumata görə, “gənclik şəhəri”nin təmsilçisi konkret olaraq 4 legioneri ilə vidalaşmağı düşünür. Bunlar, niderlandlı müdafiəçi Stiven Pereyra, braziliyalı yarımmüdafəçi Dieqo Karioka, liberiyalı orta xətt oyunçusu Terrens Tisdel və qvineyalı pleymeker Alya Turedi. Samir Abasov sözügedən futbolçuların çıxışından razı deyil və bu iradını klub rəhbərliyinə bildirib. Onlarla yayda başa çatacaq müqvilə yenilənməyəcək.

Komandanın yeganə hücumçusu Karim Abubakarın durumu isə qeyri-müəyyən olaraq qalır. Onunla bağlı qərar isə növbəti həftə veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43