Ölkə futbolu Premyer Liqa

Premyer Liqa klubu “Neftçi”nin futolçusunu transfer edir – Razılıq əldə olundu (ÖZƏL)

Adrian Mutunun gəlişindən sonra “Neftçi”də əsas heyətə düşməkdə çətinlik çəkən Azər Salahlı qışda komandadan ayrılmağı düşünür.

İdmanxeber.az-a daxil olan məlumata görə, təcrübəli futbolçunun ilk müştərisi də bəllidi. Bu, “Araz Naxçıvan”dı. Premyer Liqa təmsilçisi “Neftçi”də işləri qaydasında getməyən sol cinah müdafiəçisi ilə təmasa keçib. Naxçıvan klubunun baş məşqçisi Azər Bağırov Salahlını komandasında görmək istədiyini rəhbərliyin diqqətinə çatdırıb.

Tərəflər arasında danışıqlar başlayıb və ilkin razılığın əldə olunduğu bildirilir. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43