Milli komanda

Prosineçki: “Demirəm ki, onu çağırmayacam”

"Qrupdan çıxmaq şansımız var. Evdə 4 oyunumuz qalır. Almaniyanı çıxsaq Çexiya, San Marino və Şimali İrlandiyanı Bakıda məğlub edə bilərik. Mən buna inanıram".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki "Xəzər" TV-də yayımlanan "Futbol Saatı" verilişində deyib.

Xorvatiyalı mütəxəssis millimizin Belfastda aldığı acı nəticəyə bir daha toxunub:

"Şimali İrlandiya bizə standart vəziyyətdən 3 qol vurdu. Bu məğlubiyyət o qədər də inandırıcı görünməsə də, arada belə hallar yaşanır".

Prosineçki Ufuq Budaq və Rasim Ramaldanovun milliyə çağırılmama səbəbini də açıqlayılb:

"Rasim Ramaldanovun niyə milliyə çağırmıram? Kimi milliyə hazır hesab edirəmsə onu da dəvət edirəm. Ufuq Budaqı da demirəm ki, çağırmayacam. Hələlik Azərbaycanda sol cinah müdafiəçisi mövqeyində ən yaxşı futbolçu Arif Daşdəmirovdu".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43