Ölkə futbolu

Prosineçki İquaindən danışdı

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki xarici mətbuatda Qonzalo İquain transferini dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, son günlər həddindən çox artıq çəki problemi yaşayan futbolçunun görütüsü azarkeşləri də təşvişə salıb.

Millimizin çalışdırıcısı isə bu vəziyyətə belə fikir bildirib:

“İquaini görəndə şoka düşdüm. O, hətta məndən də kök görünür. “Yuventus” futbolçuya görə 90 milyon avro xərc çəkib. Onlar bu qiymətə sanki kiçik donuz alıblar”.

 

Qeyd edək ki, Qonzalo İquain ötən mövsüm “Napoli”nin heyətində A seriyasında 36 qola imza atmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43