Kateqoriyasız

Prosineçki Ramin Musayevlə görüşdü

Bu gün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkini qəbul edib.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər arasında Premyer Liqanın növbəti mövsümünün təqvimi müzakirə olunub.

Bildirilib ki, klubların əsas məqsədlərindən biri milli komanda üçün oyunçu yetişdirməkdir. Tərəflər arasında digər məsələlərin də müzakirəsinə geniş yer ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43