PSJ futbolçuları “Bavariya” ilə oyundan əvvəl penalti hazırlığı ediblər.
İdamnxeber.az-ın məlumatına görə, komanda Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda bu gecə “Bavariya” ilə qarşılaşacaq. İlk görüş Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yerli mətbuat yazır ki, Paris klubunun dünənki məşqində Kilian Mbappe, Serxio Ramos və bir neçə futbolçu mümkün penaltilər seriyası üçün məşq ediblər.
Matç bu gecə saat 00:00-da başlayacaq. Qarşılaşma “CBC Sort”dan canlı yayımlanacaq.