Ölkə futbolu

“Qəbələ”nin oyunu ləğv olundu – Yenilənib

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ”nin yoxlama oyununu baş tutmayıb. 

Sənan Qurbanovun komandası 3-cü sınağında Rusiyanın birinci divizionunda çıxış edən “Fakel” klubu ilə qarşılaşacaqdı. Saat 18:00-da baş tutması gözlənilən oyun əlverişsiz hava şəraitinə görə ləğv edilib.

Qeyd edək ki, “Qəbələ” bunadək Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə qarşılaşıb. Əyalət təmsilçisi son yoxlama matçını yanvarın 26-da Macarıstanın  “MTK Budapeşt” klubuna qarşı keçirəcək.

24 yanvar

Yoxlama oyunu

18:00. “Qəbələ” – “Fakel” (Rusiya)
“Arcadia” meydançaları


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43