Kateqoriyasız

“Qələbə qazanmaq istəyirik” – “Makkabi”nin baş məşqçisi

“Makkabi”nin baş məşqçisi Vladimir İviçin Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” ilə matçından əvvəl mətbuat konfransı keçirilib.

İdmanxeber.az-ın məlumatına görə,serbiyalı mütəxəssis jurnalistlərlə görüşdə bunları deyib:

“Qarşıda bir oyun var. İlk matçda 3:0 hesablı qələbə qazanmışıq və yaxşı irəliləyiş əldə etmişik. Lakin hələ heç nə bitməyib. Futbolda hər şey mümkündür. Diqqətli olmalıyıq. Bu, bizim işimizdir. Hər matçda rəqabətli olmaq və yeni hekayə yazmalıyıq. Qələbə qazanmaq istəyirik.

İlk matçdan razı qaldım. Daha yaxşı oynaya bilərik və bunun üzərində çalışırıq. Daha çox imkanlar yaratmalıyıq.  Sabah daha yaxşı olacağımızı düşünürəm.

Realist olmalıyıq. Futbolçuların nəyi bacarıb, nəyi bacarmadığını başa düşməliyik. Öz oyunumuzu yaratmaq və oyunçulara bunu başa salmaq istəyirik. Qələbələri sıralamaq üçün tarazlığı qorumalıyıq”.

İyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Komandalar arasındakı Bakıdakı matçda “Makkabi” 3:0 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43