Kateqoriyasız

Qar “Xəzər Lənkəran”ın planını pozdu

“Xəzər Lənkəran” “Rəvan”la oyunun hazrılıqlarını davam etdirir.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Lənkərana yağan qar komandanın məşq keçməsinə mane olub. Nəticədə “Xəzər Lənkəran” daha kiçik olan qapalı meydançada məşq edib.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Rəvan” oyunu dekabrın 15-i, saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43