Kateqoriyasız

“Qarabağ” 6 futbolçusu olmadan hazırlaşır

Premyer Liqanın 24-cü turunda “Qəbələ”ni qəbul edəcək “Qarabağ” bu oyuna hazırlığı davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu oyun öncəsi məşqlərini bazadakı meydanda həyata keçirəcək.

Bu gün komandanın bir məşqi olub. Məlum olduğu kimi, hazırda Antalyada təlim-məşq toplanışında olan millimizdə “Qarabağ”ı Rəşad Sadıqov, Bədavi Hüseynov, Qara Qarayev, Vüqar Nadirov və Namiq Ələsgərov təmsil edir. Bu üzdən ağdamlılar 6 əksiklə hazırlaşır.

Qeyd edək ki, fevralın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” oyunu 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43