Ölkə futbolu

“Qarabağ” Çexiyaya yollanır

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında səfərdə Çexiyanın “Viktoriya Plzen” klubunun qonağı olacaq “Qarabağ” bu gün səfərə yola düşür. 

İdmanxeber.com-un məlumatına görə, təmsilçimiz bu gün saat 15:30-da Bakı – Plzen reysi ilə ölkəni tərk edəcək.

Axşam saatlarında komanda oyunun keçiriləcəyi şəhərə çatacağı gözlənilir.

Qeyd edək ki, sabah keçiriləcək “Viktoriya Plzen” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43