İdman

“Qarabağ” Dünya reytinqində bir qədər də irəlilədi

Dünya reytinqinə görə ən güclü klubların yeni siyahısı bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, siyahıda ölkəmizin 4 kollektiv təmsil edib. Şübhəsiz onlar arasında ən yaxşı göstərici “Qarabağ”a aiddi. Ağdam klubu son siyahı ilə müqayisədə 1 pillə irəliləyib. Qurban Qurbanovun komandası 1169 xalla 541-ci pillədə qərarlaşıb.

“Keşlə” 368 xalla 781-ci (-2),  “Qəbələ” 255 xalla 822-ci (0), “Zirə” isə 217 xalla (0) 844-cüdür.

Qeyd edək ki, siyahıya  17500 xalla “Real” başçılıq edir. “Barselona” 15970 xalla 2-ci, “Atletiko” 13383 xalla 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43