Kateqoriyasız

“Qarabağ” “Neftçi” ilə oyunun hazırlıqlarına başladı

Premyer Liqanın VI turunda “Neftçi”  ilə qarşılaşacaq “Qarabağ” bu matçın hazırlıqlarına başlayıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasının qrup mərhələsində “Tottenhem”lə qarşılaşmadan sonra birbaşa Gəncəyə yollanan Ağdam təmsilçisi  bazar günü “Kəpəz”lə qarşılaşmadan sonra Bakıya dönüb və bir gün istirahət edib. Qurban Qurbanovun komandası bu gün klubun yeni bazasında məşq edib.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu  sentyabrın 26-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43