Kateqoriyasız

“Qarabağ” qapının ağzında “avtobus” qoymur” – Murad Musayev

“Sabah”ın baş məşçisi Murad Musayev Rusiya mətbuatına danışıb.

İdmanxeber.az-ın məlumatına görə, müsahibəsində “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışı haqqında danışıb.

Rusiyalı mütəxəssis vurğulayıb ki, Azərbaycan çempionunun iki eynigüclü heyətə malik olduğunu,  komandanın dayanmadığını qeyd edib: “Ən vacib məsələ, komandanın iki güclü heyəti var. Onlar Avropada bir heyətlə oynayıb üç gün sonra isə fərqli oyunçularla Azərbaycanda meydana çıxacaqlar, oyun keyfiyyətindən isə heç nə itirməyəcəklər. Məsələn, “Ferentsvaroş” ilə ev matçında yarımmüdafiəçi, əsas oyunçu Kadi, üstəlik iki mərkəz müdafiəçisi yox idi, hansı ki, onlardan biri komandanın kapitanıdır, ancaq yenə onları dayandırmaq mümkün olmadı”.

38 yaşlı çalışdırıcı “Qarabağ”ın Avroliqadakı “Olimpiakos” və “Nant”la oyunlarını xatırladıb: “Onların hərəsinə 3 cavabsız qol vurduqları “Olimpiakos” və “Nant”la matçlarına baxsanız, üstün tərəf olduqlarını başa düşəcəksiniz. Komanda əks-hücum taktikası ilə oynamır, qapının ağzında “avtobus” qoymurlar. Cinahları çox fəal istifadə etdikləri dörd müdafiəçili sistemlə çıxış edirlər. Buna qədər Çempionlar Liqasında Polşa, İsveçrə, Macarıstan çempionlarını keçiblər. Bütün oyunlarda rəqiblərindən üstün olublar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43