Premyer Liqa

“Qarabağ” qələbə qazandı, “İnter Arena”da “sülh” (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasının II dövrəsinə start verilib.

İdmanxeber.com-un məlumatına görə, VIII tur Bakıda start götürüb.

Turun açılış matçı "İnter Arena"da olub. Burada 7 turdan sonra məğlub olmayan iki komanda – "İnter" və "Qəbələ" münasibətlərə aydınlıq gətirməyə çalışıblar. Oyun bərabərliklə yekunlaşıb 1-1.

Günün digər matçında isə son çempion "Qarabağ" "Sumqayıt"ı sınağa çəkib.  Son çempion "kimyaçılar"ı darmadağın edib – 3:0.

Turun digər iki oyunu isə sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası

VIII tur

15 oktyabr (şənbə)

16:00. “İnter” – “Qəbələ” 1-1
Qollar: Ağabala Ramazanov 47 – Sergey Zenyov 69

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Rauf  Hüseynli

Hakim-inspektor: Füzuli Nəcəfov

“İnter Arena”

“İnter”: 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 3. Denis Silva, 22. İlkin Qırtımov, 4. Slavik Alxasov, 24. Fuad Bayramov, 15. Ruslan Abışov, 8. Nizami Hacıyev (k), 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev

 

Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 17. Abbas Hüseynov, 19. Mirhüseyn Seyidov, 10. Elnur Abdullayev, 9. Pərdis Fərcad-Azad, 88. Məmməd Quliyev, 2. Sərtan Taşqın

 

Baş məşqçi: Zaur Svanadze

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 15. Vitali Vernidub 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 21. Roman Hüseynov, 27. Teo Uiks, 34. Urfan Abbasov, 44. Rafael Santos

 

Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 13. Murad Musayev, 20.Rikardinyo, 32. Rəşad Eyubov, 88. Tellur Mütəllimov 

 

Baş məşqçi: Roman Qriqorçuk

I dövrədəki oyun – 0:0

18:30. “Qarabağ” – “Sumqayıt” 3:0
Qollar: Miçel, 42, İ.Qurbanov 44, Ndlovu 90+3

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Murad Məmmədov

“Azərsun Arena”

I dövrədəki oyun – 2:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43