İdman

Qurbanov: “Onu heç vaxt tərifləmək olmaz”

Premyer Liqanın 8-ci turu çərçivəsində “Qarabağ” “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib.
 
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

– Vacib 3 xal qazandıq. Bu qələbə bizə çox lazım idi. Oyun asan keçmədi. Rəqib hər zaman bizə qarşı fərqli üslubdan istifadə edir. Futbolçular xeyli vaxt idi ki, bir yerdə deyildi. Bununla əlaqədar müyyən çatışmazlıqlar var idi. Ümumi götürsək, pis alınmadı. Qarşıda çox vacib oyunumuz olsa da, bütün diqqətimizi bu matça yönəltmişdik. PAOK-la oyuna cəmi 4 gün vaxtımız var. Yaxşı hazırlaşmalıyıq. Samir Abasova uğurlar arzu edirəm.Hər zaman yenilik edir.

 

– Rəşad Sadıqovun durumu nə yerdədir?

– Ayağında ağrılar var. Sabahdan məşqlərə qoşula bilər.

 

– Samir Abasov məşq etdiyinizi deyirdi…

– Mən öz fikirlərimi bildirdim. Çətin oyun keçdi. Futbolçular millinin düşərgəsində idi. Ona görə bir yerdə məşq edə bilmirdik. Qol epizodlarımız çox olsa da, asan oyun olmadı.

 

– İlqar Qurbanovun oyunu sizi qane etdi?

– İlqar elə futbolçudur ki, onu heç vaxt tərifləmək olmaz. Oyunundan razı qaldım. Amma daha diqqətli olmalı, çox çalışmalıdır.

 

– Elvin Yunuszadə niyə oynamırdı?

– Elvinin qızdırması var. Amma bu gün oynamaması bununla bağlı deyil. Onu əvəzedici heyətə göndərmişəm. Nizam-intizamı pozmuşdu. Xəstəliyi olmasaydı da, oynatmayacaqdım. Maksim mərkəz müdafiəçisi mövqeyində yaxşı çıxış edir. Millidə də yaxşı çıxış etdi.

 

– Vüqar Nadirovu nə vaxt meydanda görəcəyik?

– “Neftçi” ilə oyunda meydana buraxmışdım. Üzərində çox çalışır. Əvəzedici heyətdə demək olar ki, hər oyunda qol vurur. Ola bilər ki, qarşıdakı matçlarda şans verdim.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43