Ölkə futbolu

“Qarabağ” “Trabzonspor”la qarşılaşacaq

“Qarabağ”ın 12 yaşlılardan ibarət komandası bu gün Türkiyəyə yollanıb.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ” “Altınordu” klubu tərəfindən hər il keçirilən “U-12 İzmir Cup” turnirində iştirak edəcək. Bu turnirdə 12 ölkənin 48 komandası iştirak edir. İspaniyanın “Atletiko” (Madrid), “Atletik” (Bilbao), Rusiyanın “Krasnodar”, Yunanıstanın “Panatinaikos”, Almaniyanın “SV Ayntraxt”, “Berlin”, İtaliyanın “Torino, Türkiyənin “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Trabzonspor”, “Altınordu” kimi klublarl iştirak edir.

“Qarabağ”ın artıq qrupdakı rəqibləri də məlumdur. Komandamız “Trabzonspor”, “Gümüşordu”, “Denizli Çamlık”, “Çorlu Fənər” və H6 klublarıyla qarşılaşacaq.

Qeyd edək ki, qrupun ilk oyunları sabah keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43