İdman

“Tour d`Azerbaidjan-2017” – PROMO

Mayın 3-7-də keçiriləcək Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2017” veloturunun təqdimat çarxı hazırlanıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan 5 günlük yarış əvvəlki illərdə olduğu kimi, bu dəfə də planetin nüfuzlu “Eurosport” kanalı vasitəsilə yayımlanacaq – telekanal veloturu gündəlik icmallar şəklində tamaşaçılara təqdim edəcək.

İdmanxeber.com-un məlumatına görə, hazırlanmış videoçarx da bu həftədən etibarən tur davam edən günlər də daxil olmaqla “Eurosport” kanalında efirə veriləcək.

“Tour d’Azerbaidjan-2017″nin proqramını bir daha diqqətinizə çatdırırıq:

1-ci mərhələ – 03.05.2017

Bakı – Sumqayıt (150 km)

2-ci mərhələ – 04.05.2017

Bakı – İsmayıllı (187 km)

3-cü mərhələ – 05.05.2017

Qəbələ – Oğuz – Şəki – Oğuz – Qəbələ (177 km)

4-cü mərhələ – 06.05.2017

Qəbələ – İsmayıllı – Ağsu – Şamaxı – Pirqulu (164 km)

5-ci mərhələ – 07.05.2017

Bakı – Abşeron – Bakı (158 km)

Artıq 6-sı Pro-kontinental, 17-si isə Kontinental olmaqla 23 kollektivin “Tour d’Azerbaidjan-2017″də iştirak edəcəyi təsdiqlənib. Qeyd edək ki, son 2 ildə yarışın komanda hesabında qalibi Azərbaycanın “Synergy Baku” kontinental klubu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43