Dünyadan

“Qarabağ” UEFA-nın reytinqində geriləyib

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
İdmanxeber.com-un məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin V turunun oyunlarından sonra siyahıda yenilənmə olub.

PAOK qələbəsinin ardından 99-cu pilləyə yüksələn “Qarabağ” bu dəfə 5 pillə geriləyərək 104-cü yerə düşüb. Komandanın aktivində 18,050 xalı var.

Bakıda “Anderlext”ə uduzan (1:3) “Qəbələ” isə 1 pillə geriləyərək 7,800 xalla 182-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43