Kateqoriyasız

“Qarabağ” və “Xəzər Lənkəran”ın matçları canlı yayımlanmayacaq

Premyer Liqada X turun 3 oyunu canlı yayımlanacaq. 

İdmanxeber.com-un məlumatına görə, oktybarın 19-da saat 16:00-da başalayacaq “İnter” – “Qəbələ” matçı AzTV vasitəsi ilə canlı yayımlanacaq. Bu matçdan sonra isə azarkeşlər 19:00-da start fiti səslənəcək “Neftçi” – “Rəvan” qarşılaşmasını “İdman Azərbaycan”da tamaşa edə bilərlər.

Ertəsi gün saat 16:00-da start veriləcək “Bakı” – AZAL oyunu da “İdman Azərbaycan”da canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43