İdman

“Qarabağ”dan sonra “Olimpiakos” – Qalmaqallı oyun başa çatdı

Yunanıstan Superliqasında 6-cı turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, "Qarabağ"ın bir neçə gün bundan öncə məğub etdiyi Avroliqadakı rəqibi PAOK səfərdə son çempion "Olimpiakos"la qarşılaşıb.

Saloniki təmsilçisi əsas vaxta əlavə olunmuş son dəqiqədə qapısında qol görüb. Bundan sonra ara qarışıb. Oyunun baş hakimi matçı yarımçıq dayandırmalı olub. 15 dəqiqəlik fasilədən sonra isə oyun davam etdirilib və PAOK-un məğlubiyyəti rəsmiləşib – 1:2.

Qeyd edək ki, PAOK noyabrın 4-də "Qarabağ"ı öz meydanında qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43