İdman

Müstəqillik Günü münasibətilə veloyürüş keçirilib

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyi və Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə “Azərbaycanın Dövlət Müstəqillik Gününə həsr olunmuş” veloyürüş keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Dövlət Bayrağı Meydanından start götürməkə Heydər Əliyev Mərkzinin yanında başa çatan yürüşdə ümumilikdə 200-ə yaxın peşəkar və həvəskar velosipedçi iştirak edib. Veloyürüş gənclərin sağlam həyat tərzinin formalaşmasına dair təbliğatın aparılması və onların asudə vaxtının səmərəli təşkil olunması ilə yanaşı, daha böyük bir əhəmiyyət daşıyır.

Yürüşün əsas məqsədi Müstəqillik Gününün əhəmiyyətinin bir daha diqqətə çatdırılmasına yönəlib. Belə ki, bu sadəcə bir veloyürüş yox, eyni zamanda Azərbaycan Respublikasının müstəqilliyinə və suverenliyinə daha bir töhfədir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43