İdman

Budaq Nəsirov “Sportinq”də növbəti oyununa çıxdı

Portuqaliya ikinci liqasında 21-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, azərbaycanlı futbolçu Budaq Nəsirovun formasını geyindiyi “Sportinq”in B komandası öz meydanında “Leyşoeş”i qonaq edib.

Üç qolun qeydə alındığı görüşdə “Sportinq” qələbə qazanan tərəf olub – 2:1.

Həmyerlimiz meydana 46-cı dəqiqədə daxil olub. Budaq Pinheironun əvəzinə oyuna qoşulub.

Qeyd edək ki, hazırda “Sportinq” 9-cu pillədə qərarlaşıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43