İdman

“Qarabağ”ın 6:0-la gələn 50-ci qələbəsi

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu “Qarabağ” üçün iki yubileylə əlamətdar olub.

İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt”ı 6:0 hesabı ilə məğlub edən ağdamlılar ölkə kubokunda 50-ci ev qələbəsini qazanıb. Bunu 64-cü matçında gerçəkləşdirən “ağ-göylər” Azərbaycan kuboku çərçivəsində öz meydanında ən çox qələbə qazanan klubdur.

Hesabında 9 heç-heçə və 5 məğlubiyyət olan “Qarabağ”ın “Sumqayıt”la görüşdəki 4-cü qolu da yubiley əhəmiyyəti kəsb edib. Mahir Mədətov komandasının 150-ci ev qoluna imza atıb. Əyalət klubunun evdəki məhsuldarlığı 2,375-dir. Azərbaycan kubokunda öz meydanında ən çox qol vuran komanda ünvanına sahib olan ağdamlılar 152 dəfə fərqlənib. Qonaqlar isə onların qapısından cəmi 30 top keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43