Dünya futbolu

“Qarabağ”ın Avroliqadakı rəqibi tək qolla qazandı – VİDEO

Almaniya Bundesliqasında 4-cü turun oyunları keçirilir.

İdmanxeber.az xəbər verir ki, turun açılış oyununda Avropa Liqasındakı təmsilçimiz “Qarabağ”ın G qrupundakı rəqiblərindən biri “Frayburq” öz meydanında “Bohum” klubunu qəbul edib.

Oyun minimal hesablı üstünlüklə “Frayburq”un xeyrinə nəticələnib.

Almaniya Bundesliqası, 4-cü tur

26 avqust

Frayburq – Bohum 1:0
Qol:
 Qrifo, 48.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43