İdman

“Qarabağ”ın futbolçusuna yenə şans tanımadılar

Futbol üzrə Cənubi Afrika Respublikası (CAR) yığma komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu matçını keçirib.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın futbolçusu Dino Ndlovunun çıxış etdiyi CAR səfərdə lider Seneqalla qarşılaşıb.

Bu matçda da Ağdam klubunun forvardına şans verilməyib.

Görüş isə meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43