Kateqoriyasız

“Qarabağ”ın müraciətinə “okey” verildi – “Frayburq”la oyundan öncə

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Frayburq”la matçına görə “Bakı Metropoliteni” QSC gücləndirilmiş rejimdə işləyəcək.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu sözügedən matçın gec başlaması səbəbindən (saat 21:45) “Bakı Metropoliteni” QSC-yə  iş rejiminin 1 saat uzadılması xahişi ilə müraciət edib və “okey” alıb.

Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək oyuna tamaşaçı marağını nəzərə alaraq, Bakı metropoliteninin iş rejimində müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43