Kateqoriyasız

“Sabah”ın hücumçusu yubiley qolunu vurdu

“Sabah”ın futbolçusu Davit Volkov Azərbaycan çempionatında 30-cu qolunu vurub.

İdmanxeber.az xəbər verir ki, gürcüstanlı legionerin yubileyi Azərbaycan Premyer Liqasının XII turuna təsadüf edib.

Davit “Qəbələ” ilə ev görüşündə komandasının qələbə topunu vurub – 2:1.  Premyer Liqada 2019-cu ildə debüt edən hücumçu üç klubun heyətində fərqlənib. O, “Qəbələ”də 7, “Zirə”də 20, “Sabah”da 3 qola imza atıb.

Davitin ilk topu 2019-cu il aprelin 14-də “Keşlə” – “Qəbələ” matçına (1:2) təsadüf edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43