Kateqoriyasız

PLEY-OFF PÜŞKÜ: “Qarabağ”ın bütün potensial rəqibləri bilindi

Xəbər verdiyimiz kimi, “Qarabağ” Konfras Liqasında pley-off mərhələsinə yüksəlib və dekabrın 13-də atılacaq püşkatmanı gözləyir.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun potensial rəqibləri müəyyənləşib.

Ağdam təmsilçisi bu mərhələdə KL-in qrup 2-cisi kimi  “səpələnmişlər” səbətində yer alacaq və “Seltik” (Şotlandiya), “Fənərbaxça”, (Türkiyə), “Lester” (İngiltərə), “Sparta” (Çexiya), PSV (Niderland), “Marsel” (Fransa), “Midtulland” (Danimarka),  “Rapid” (Avstriya) kimi komandalardan biri ilə qarşılaşacaq.

Pley-offun oyunları isə 2022-ci ilin fevralın 17-si və 24-də keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43