Dünyadan

“Qarabağ”ın qrupdakı rəqibi “Real”ın futbolçusunu transfer etdi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Monako” heyətinə yeni futbolçu cəlb edib.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-ağlar” Madridin “Real” klubunun futbolçusu Fabio Koentraunu rənglərinə bağlayıb.

Portuqlaiyalı futbolçu bu mövsümün sonuna kimi “Monako”nun uğurları üçün tər tökəcək.

Qeyd edək ki, bundna əlavə Fransa təmsilçisi “Lill”dən Roni Lopeşin transferini rəsmiləşdirib. Portuqaliyalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43