İdman

“Qarabağ”ın rəqibi Misir çempionu ilə qarşılaşacaq

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya” klubu yoxlama oyunu keçirəcək.

İdmanxeber.com-un məlumatıəna görə, Lyublyana təmsilçisi bu həftə “Əl-Əhli” klubu ilə qarşılaşacaq. Misir çempionu ilə oyunun Xorvatiyada keçiriləcəyi bildirilsə də, vaxtı barədə dəqiq məlumat verilməyib.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında ilk oyun iyulun 10-da Lyublyanada olacaq və Bakı vaxtı ilə 22:00-da başlayacaq. Cavab matçı isə iyulun 18-də paytaxtımızda keçiriləcək. Həmin görüşün başlama vaxtı 21:00-dır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43