Dünyadan

“Qarabağ”ın rəqibi xal itirdi

Yunanıstan çempionatında V turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın Avropa Liqasındakı rəqibi PAOK öz meydanında “Ksanti” ilə görüşüb. Qarşılaşmada qalib müəyyənləşməyib – 0:0.

İlk iki turda qalib gələn PAOK mövsümdə 1-ci xal itkisi ilə üzləşib. Aktivində 7 xalı olan PAOK 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43