Dünyadan

“Qəbələ”nin Avroliqa oyununu bu hakim idarə edəcək

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Qəbələ” – “Maynz” oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un xəbərinə görə, qarşılaşmanı Litva Futbol Federasiyasından Qediminas Mazeika idarə edəcək. Ona həmyerliləri Vyautas Simkus və Vytenis Kazlauskas köməklik edəcək. Dördüncü hakim funksiyasını Vladimir Qerasimov yerinə yetirəcək.

Qeyd edək ki, “Qəbələ” – “Maynz” görüşü  sentyabrın 29-u saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43