İdman

“Qarabağ”ın sabiq hücumçusu ABŞ-a üz tutdu

“Qarabağ”ın sabiq hücumçusu Samuel Armenteros karyerasını ABŞ-da davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, müqavilə ilə İtaliyanın “Benevento” klubuna məsus isveçli forvard “Portland Timbers”dən gələn təklüfü müsbət cavablayıb.

İcarə əsasında bu klubun formasını geyinəcək təcrübəli hücumçu MLS-də gücünü sınayacağına görə xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Armenteros 2015/16 mövsümündə “Qarabağ”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43