İdman

Simit satışı ilə azarkeşə səsləndilər (FOTO)

“Antalyaspor”un basketbol komandasını oyunçuları azarkeşləri trobunaya dəvət etmək üçün maraqlı yola əl atıblar.

İdmanxeber.com-un məlumatına görə, Antalya təmsilçisinin 5 basketbolçusu küçədə portağal və simit sataraq sakinlərlə söhbət edərək, onları tribunaya dəvət ediblər.

Bu yolla boş tribunalar qarşısında oyunlarını keçirən “Antalyaspor”un basketbol komandası insanları onları dəstəkləməyə çağırıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43