Dünya futbolu

Qaret Beylin cəzası açıqlandı

İspaniya La Liqasının XXIV turunda “Las Palmas”la görüşdə rəqib futbolçunu vurduğu üçün qırmızı vərəqə alan Madridin “Real” klubunun futbolçusu Qaret Beylin cəzası açıqlanıb.

İdmanxber.com-un məlumatına görə, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi Beylə iki oyunluq cəza verib. Uelsli futbolçu “Eybar”la səfər, “Betis”lə isə doğma meydan matçında komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Real” – “Las Palmas” oyunu 3:3 hesablı bərabərliklə başa çatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43