Kateqoriyasız

“Qəbələ” futbolçu seçir

İstedadlı yeniyetmə və gəncləri daim diqqət mərkəzində saxlayan, onların üzə çıxarılaraq ölkə futboluna qazandırılması istiqamətində işlər görən “Qəbələ” Futbol Akademiyası növbəti seçimlərini keçirib. F

İdmanxeber.com-un məlumatına görə, Qəbələ şəhər stadionunda baş tutan seçimlərdə hər zaman olduğu kimi izdiham yaşanıb.

9-19 yaşlı gənclər arasında baş tutan seçimlərdə 600-dən artıq futbolçu akademiyaya seçilmək uğrunda mübarizə aparıb. Seçimlərdə iştirak edən bir neçə istedadlı və gələcək vəd edən futbolçu məşqçilər korpusunun diqqətini cəlb edib.

Sabahdan etibarən akademiyanın seleksiya qrupunun müəyyənləşdirdiyi futbolçular üçün seçimlərə start veriləcək. İyun ayının 13-dən 15-dək isə ilkin və ikinci mərhələdə rəqiblərini üstələmiş futbolçular final mərhələsində qüvvələrini sınayaraq “Qəbələ” Futbol Akademiyasının üzvü olmağa çalışacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43