Ölkə futbolu

“Qəbələ” – “Neftçi”: məşqçi fikirləri

Premyer Liqanın 9-cu turunda Qəbələyə səfər edən “Neftçi” turnir cədvəlinin lideri olan “Qəbələ”ni məğlub edərək ilk pilləyə yüksəldi – 2:1.

Tərlan Əhmədov, “Neftçi” klubunun məşqçisi: “Hər iki komanda gözəl oyun göstərdi, meydanda sona kimi gərgin mübarizə getdi. Bura gələndə ötən turlarda “Sumqayıt” və “Qarabağ”la oyunlarda itirilmiş xalları kompensasiya etməyi düşünürdük. Əsas məqsədimiz qələbə qazanmaq idi. Komanda bu gün istədiyimiz oyunu göstərdi, futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Rəqibin ucaboy, fiziki cəhətdən güclü futbolçuları var. “Qəbələ” bu baxımdan Avropa klubunu xatırladır. Bu cür rəqibə qarşı oynamaq çox çətin idi. Qələbə qazandığımız üçün şadam”.

Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Oyuna yaxşı başladıq, ilk 20 dəqiqədə üstün oynadıq. Sonra isə “Neftçi” oyunda dönüş etdi. Rəqib topa topa daha çox nəzarət etdi, bəzən bizi topsuz qoydu. Bir sıra ötürmələrdə əsassız səhvlər etdik. Buna görə də yekunda “Neftçi” qalib gəldi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43