Kateqoriyasız

“Qəbələ” rəsmisindən örnək addım – VİDEO

“Qəbələ” klubunun akademiyasının direktoru Stenli Brard diqqət mərkəzinə düşüb.

İdmanxeber.com-un “supersport.az”a istinadən verdiyi məlumata görə, hollandiyalı mütəxəssis III Qəbələ kubokunun açılışı günü yağışlı və küləkli hava şəraitinin olmasına baxmayaraq turnirin canlı yayımlanması üçün meydançada öz köməyini əsirgəməyib.

Bəzən Azərbaycan dilində danışan Brard sadəliyi və xeyirxahlığı ilə seçilib. Qeyd edək ki, III Qəbələ turniri 29 may – 1 iyun tarixlərində keçirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43