Ölkə futbolu

“Qəbələ” Türkiyə klubu ilə bərabərə qaldı

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandası bu gün ikinci oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, dünən yerli “Antalyaspor”lu yaşıdları ilə qarşılaşan təmsilçimiz (0:2) bu dəfə “Kunduspor”un U-17 komandası ilə üz-üzə gəlib. Matç 2:2 hesabilə yekunlaşıb. Təmsilçimizin heyətində Rüstəm Nuriyev və Eldost Qiyasbəyli fərqlənib. “Qırmızı-qaralar”ın toplanış çərçivəsində üçüncü – son oyunu yanvarın 18-i baş tutacaq. Rəqibin adına sabah aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43